BANK

21 Avqust

Xaricdən Azərbaycana pul köçürmələri 18% azalıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmələri vasitəsi ilə 1 milyard 508.9 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manata bərabər olub.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən Azərbaycana pul köçürmələri 53% və ya 1 milyard 706.2 milyon manat, ölkədən xaricə köçürmələr isə 39% və ya 235.6 milyon manat azalıb.