BANK

21 Avqust

Bank sektorunda çalışanların sayı artıb

Azərbaycanda bank sektorunda çalışanların sayı artıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletendə məlumat verilir.

AMB açıqlayıb ki, 31 iyul 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,015 olub.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 23,319 nəfər təşkil edib.

Ümumilikdə son 1 ildə bank sektorunda çalışanların sayı 7.3% və ya 1,590 nəfər artıb.