BANK

14 Avqust

Azərbaycanın kredit ittifaqlarının faiz xərcləri dəyişməyib

Bu ilin I yarısında Azərbaycanın kredit ittifaqları 0,04 milyon manat faiz xərcləri çəkib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.

Kredit ittifaqlarının yarım illik faiz xərclərinin hamısı 1 il əvvəl olduğu kimi öhdəliklər üzrə faiz xərcləridir.