BANK

14 Avqust

Azərbaycanın dövlət banklarının kredit qoyuluşu 23% artıb

Bu il iyulun 1-nə Azərbaycanda dövlət banklarının kredit qoyuluşu 4 594,8 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 23,3% çoxdur.

Azərbaycandakı 24 bankdan 2-si (“Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank” ASC-lər) dövlət bankıdır.