BANK

11 Avqust

Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

11 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2129024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 7 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Fins.az xəbər verir ki, hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9984.4686 (8%) manat və 9985.4282 (7.51%) manat olan 5 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  38,030,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9984.8563 (7.8%) manat və orta ölçülmüş qiyməti isə 9985.2094 (7.62%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 18.08.2023-cü ildir.