10 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2131024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Fins.az xəbər verir ki, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9794.3193 (9%) manat və 9828.0143 (7.5%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,970,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9819.453 (7.88%) manat və orta ölçülmüş qiyməti isə 9821.9081 (7.77%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 02.11.2023-cü ildir.