BANK

09 Avqust

“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı artıb

2023-cü il iyulun 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının sayı 1 797-yə çatıb.

Fins.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisədə 1,1% çoxdur.

2023-cü ilin ilk yarısında ABB-nin fiziki şəxs səhmdarlarının sayı 1 759-dən 1780-ə yüksəlib, hüququ şəxs səhmdarlarının sayı isə 18-dən 17-yə enib.