BANK

09 Avqust

Naxçıvanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb

Naxçıvanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb. Bu ilin ilk yarısında muxtar respublikada fəaliyyət göstərən banklarda əhalinin əmanətlərinin həcmi 20,2% artaraq 15,23 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsindən bildirilib.

Depozitlərin 14,51 milyon manatı və ya 95,3 %-i milli valyutada, 720,7 min manatı və ya 4,7 %-i isə xarici valyutada yerləşdirilib. Başqa sözlə, milli valyutada yerləşdirilən vəsaitlər son bir ildə 22% artsa da, xarici valyutada olan əmanətlər 7,7% azalıb.