BANK

09 Avqust

Azərbaycan BOKT-larının mədənçilik sektoruna kredit qoyuluşu 18% artıb

Bu il iyulun 1-nə Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) mədənçıxarma sektoruna kredit qoyuluşu 40,3 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 17,8% çoxdur.