BANK

08 Avqust

Azərbaycan banklarının müştərilərdən cəlb etdiyi depozitlər 7% artıb

Bu il iyulun 1-nə Azərbaycan banklarının müştərilərdən cəlb etdiyi depozitlər 32 056,7 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 6,9% çoxdur.