BANK

01 Avqust

Azərbaycan banklarının xüsusi ehtiyatlara ayırmaları 27% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan banklarının xüsusi ehtiyatlara ayırmaları 107,6 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% azdır.