BANK

31 İyul

Azərbaycan BOKT-larının faiz gəlirləri 56% artıb

Bu ilin I yarısında Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) 71,6 milyon manat faiz gəlirləri əldə edib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,3% çoxdur.

BOKT-ların yarım illik faiz gəlirlərinin 71,5 milyon manat kreditlər üzrə faiz gəlirləridir. Bu isə 1 il əvvələ nisbətən 56,8% çoxdur.

Zəminə Hüseyn
Fins.az