BANK

31 İyul

Azərbaycan banklarının faiz gəlirləri 33% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan bankları 1 668,7 milyon manat faiz gəlirləri əldə edib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% çoxdur.

Bankların 6 aylıq faiz gəlirlərinin 1 234,7 milyon manat kreditlər üzrə faiz gəlirləridir. Bu isə 1 il əvvələ nisbətən 19,1% çoxdur.

Zəminə Hüseyn
Fins.az