BANK

26 İyul

Bu ilin sonuna kimi Azərbaycanda inflyasiyanın 6-7 % intervalında olacağı gözlənilir - Taleh Kazımov

Azərbaycan kimi idxaldan qismən asılı olan ölkələrdə uçot dərəcəsi inflyasiyaya təsir etmir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, 2023-cü ilin sonuna kimi Azərbaycanda inflyasiyanın 6-7 % intervalında olacağı gözlənilir. 2024-2025-ci illərdə istehlak qiymətlərin artımında 4-6 % baza səviyyəsinə nail olunması gözlənilir.

Fuad Mədətov
Fins.az