BANK

26 İyul

2023-2024-cü illərdə Azərbaycanda ümumi daxili məhsulun 4-5 % artacağı proqnozlaşdırılır - Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-2024-cü illərdə ölkədə ümumi daxili məhsulun (ÜDM) 4-5 % artacağını, qeyri-neft sektorunda artımın 5-6 % olacağını proqnozlaşdırır.

Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

O, bildirib ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, eləcə də daim artan digər makroiqtisadi göstəricilər bizə belə proqnozlar verməyə imkan verir".

Qeyd edək ki, Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 2,8 %, gələn il isə 2,6 % böyüyəcəyini proqnozlaşdırır.

Fuad Mədətov
Fins.az