BANK

26 İyul

2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır

İnflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) yayımladığı məlumata görə, davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır.

Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.

Fuad Mədətov
Fins.az