BANK

20 İyul

Mərkəzi Bankın əməkdaşları “Yüksəliş” müsabiqəsinin qalibi olub

Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Şahin Mahmudzadə və İlahə Baxışova Tahirli III “Yüksəliş” müsabiqəsinin qalibi olub.

Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov tviter hesabında bildirib.

“Yüksək intellektual zəka və dərin sosial məsuliyyətə, düzgün qərar qəbuletmə bacarığına sahib istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə ölkəmizdə bilik və bacarıq yarışı olan daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşdı. “Yüksəliş” müsabiqəsinin bütün qaliblərini, o cümlədən əməkdaşlarımızı bu münasibətlə təbrik edir, bundan sonra da uğurlar arzulayırıq”, - deyə, sədr qeyd edib.

Fuad Mədətov
Fins.az