BANK

18 İyul

Kapital Bank 2023-cü ilin II rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 iyul 2023-cü il tarixinə 8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,5 milyard manat olub.

Fins.az xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 iyul 2023-cü il tarixinə 6,2 milyard manat olub.

Bankın 1 iyul 2023-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 774 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.