BANK

12 İyul

Azərbaycan banklarının maliyyə institutlarındakı depozitləri artıb

Bu il iyunun 1-nə Azərbaycan banklarının maliyyə institutlarındakı depozitləri 4 860,4 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il iyunun 1-i ilə müqayisədə 11,5% çoxdur.

Fuad Mədətov
Fins.az