BANK

11 İyul

Mərkəzi Bank banklara kredit qoyuluşunu azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli banklara verdiyi kreditlərin ümumi məbləği 288,889 milyon manat təşkil edib.

Fins.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18,9% azdır.

Fuad Mədətov
Fins.az