BANK

11 İyul

Mərkəzi Bank BOKT-lara kredit qoyuluşunu azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 13,845 milyon manat təşkil edib.

Fins.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 30,8% azdır.

Fuad Mədətov
Fins.az