BANK

10 İyul

Ələt Azad İqtisadi Zonası rezidentləri "PASHA Bank"ın korporativ xidmətlərindən yararlanacaq

Artıq Ələt Azad İqtisadi Zonası rezidentləri "PASHA Bank"ın korporativ xidmətlərindən yararlanacaq!

Fins.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətin əsas təməllərindəndir.

Real iqtisadiyyatın aparıcı qüvvəsi olaraq Ələt Azad İqtisadi Zonasının rezidentlərini korporativ kreditləşmə, distant bank, ekvayrinq, faktorinq, əməkhaqqı kartları, köçürmələr və əlavə bir sıra xidmətlərlə təmin edəcəyik.