BANK

04 İyul

Azərbaycan Mərkəzi Bankı BOKT-lara verdiyi kreditlər 31% azaldıb

2023-cü il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara verdiyi kreditlərin ümumi məbləği əvvəlki illə müqayisədə 18.9% azalaraq 288 milyon 889 min manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki , bank olmayan kredit təşkilatlarına verilmiş kreditlər isə 30.8% azalaraq 13 milyon 845 min manata bərabər olub.

Fuad Mədətov
Fins.az