BANK

04 İyul

AMB-nin qısamüddətli notlara cəlb etdiyi borcun məbləği artıb

2022-ci ildə Mərkəzi Bankın buraxılmış borc qiymətli kağızları (qısamüddətlinot) vasitəsilə cəlb etdiyi vəsait 6.6 dəfə və ya 1 milyard 120,1 milyon manat artaraq 1 milyard 319,5 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, 2021-ci ildə buraxılmış borc qiymətli kağızları vasitəsi ilə cəlb etdiyi vəsait 199 milyon 402 min manat təşkil edib.

Fuad Mədətov
Fins.az