BANK

03 İyul

Azərbaycan Mərkəzi Bankı ötən il üzrə maliyyə hesabatlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci üzrə maliyyə hesabatlarını açıqlayıb.

Fins.az AMB-nin maliyyə hesablatlarına istinadən xəbər verir ki, Mərkəzi Bankın aktivləri 16.9% və ya 4 milyard 451 milyon 419 min manat artaraq 30 milyard 861.9 milyon manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Bankın cəmi öhdəlikləri 18.4% və ya 4 milyard 460,8 milyon manat artaraq 29 milyard 881.1 milyon manata bərabər olub.

2023-cü il yanvar ayının 1-nə Mərkəzi Bankın cəmi kapitalı azalaraq 16.2% azalaraq 980 milyon 791 min manat olub.