BANK

03 İyul

“PAŞA Bank”ın yenilənmiş “Sədərək” şöbəsi istifadəyə verilib

“PAŞA Bank”ın yenilənmiş “Sədərək” şöbəsi istifadəyə verildi.
 
Fins.az xəbər verir ki, “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən yenilənmiş şöbə kiçik və orta biznes sahibləri üçün kompleks bank xidmətlərini təqdim edəcək.
 
Yeni şöbə geniş çeşiddə bank məhsulları o cümlədən kredit, hesab üzrə əməliyyatları, sənəd və arayışların verilməsi, həmçinin rəqəmsal həllərin istifadəsində iş adamlarına dəstək olacaqdır.
 
“PAŞA Bank”ın filial şəbəkəsi haqqında ətraflı məlumat üçün keçid edin: //pshb.az/filiallar