BANK

03 İyul

Azərbaycan bankları 335 milyon manatdan çox faiz xərcləri çəkib

Bu ilin yanvar-may aylarında Azərbaycan bankları 335,2 milyon manat faiz xərcləri çəkib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,8% çoxdur.

Bankların 5 aylıq faiz xərclərinin 237,8 milyon manat depozitlər üzrə faiz xərcləridir. Bu isə 1 il əvvələ nisbətən 40% çoxdur.

Fuad Mədətov
Fins.az