BANK

03 İyul

Azərbaycan banklarının faiz gəlirləri artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan bankları 1 385,9 milyon manat faiz gəlirləri əldə edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1% çoxdur.

Bankların 5 aylıq faiz gəlirlərinin 1 020,9 milyon manat kreditlər üzrə faiz gəlirləridir. Bu isə 1 il əvvələ nisbətən 19,7% çoxdur.

Fuad Mədətov
Fins.az