2023-cü ilin yanvar-may aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 31,7 milyon manat kredit verilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, güzəştli kreditlər 2 min 156 fiziki və hüquqi şəxsə verilib.
Qey edək ki, kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 faizi kiçik və orta ailə–kəndli təsərrüfatlarına aiddir. Onların istifadəsində, ümumilikdə, 230 min hektar torpaq sahəsi var. Bu fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subdsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır.