Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.
Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Twitter" hesabında qeyd edib. O, bildirib ki, görüşdə BOKT-ların fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.
"Görüşdə Azərbaycanda maliyyə sektorunun inkişafı, o cümlədən BOKT-ların fəaliyyətinin genişləndirilməsi, regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr apardıq", - baş bankir qeyd edib.
Fuad Mədətov
Fins.az