BANK

25 İyun

Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanları Milli Azərbaycan Tarix Muzeyində sərgilənəcək

Mərkəzi Bank (AMB) tərəfindən tədavülə buraxılan kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyində sərgilənəcək.

Bu barədə Fins.az-a AMB-dən bildirilib. Qeyd edilib ki, bu məqsədlə Muzeydə yeni ekspozisiya qurulacaq.

Muzeyə təqdim edilmiş kolleksiyada Azərbaycanda ilk dəfə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr olunmuş Azərbaycan qızılı əsasında hazırlanmış investisiya məqsədli pul nişanları, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış 500 manat nominallı banknot və “Zəfər” xatirə pul nişanları, o cümlədəm ölkəmizin görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilmiş qiymətli metallardan hazırlanmış pul nişanları da yer alıb.

Yeni qurulan ekspozisiyanın tezliklə ziyarətçilərin ixtiyarına veriləcəyi Muzey tərəfindən bildirilib.

Zəminə Hüseyn
Fins.az