BANK

24 İyun

Bakı Fond Birjasında A+CO ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

İyunun 24-də Bakı Fond Birjasında  A+CO ASC-nin AZ1001024251 dövlət qeydiyyat nömrəli 190 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

Fins.az xəbər verir ki, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1 manat qiymətindən 1 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 190 000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 190 000 manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İ.Ş” ASC-dir.

Zəminə Hüseyn
Fins.az