2023-cü ilin yanvar-may aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 851,3 milyon manat, yalnız may ayında isə 173,4 milyon manat dəyərində əməliyyat aparılıb.
Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-may ayları ilə müqayisədə 2.2% və ya 19.1 milyon manat, 2022-ci ilin may ayı ilə müqayisədə isə 5.8% və ya 10.7 milyon manat azalıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 870.4 milyon manat, yalnız may ayında isə 184.1 milyon manat dəyərində əməliyyat aparılıb.
Zəminə Hüseyn
Fins.az