BANK

24 İyun

Böyük Britaniyanın maliyyə naziri banklarla razılığa gəlib

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant, faiz artımı ilə bağlı ipoteka sahiblərinə olan təzyiqləri azaltmaq üçün görüləcək tədbirlərlə bağlı banklarla razılaşıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, Hant jurnalistlərə açıqlamasında "Faiz artımından narahat olan insanlar üçün çox vacib məsələlərdə razılaşdıq" - deyə bildirib.

Razılaşdırılmış tədbirlər arasında ipoteka ödənişlərini azaldan insanlara kredit ballarına mənfi təsir göstərmədən 6 ay ərzində ilkin ödəniş cədvəlinə qayıtmaq imkanı veriləcək.

Zəminə Hüseyn
Fins.az