Banklar və “Azərpoçt” MMC sistemləri üzrə cari ilin may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 277 min ədəd artaraq 14 milyon 741 min ədəd təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.6% artıb.
Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 17.3%, kredit kartları üzrə 27.3% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 424 min, digər kartlar isə 1.7 mln. ədəd artıb.
Fuad Mədətov
Fins.az