2023-ci il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına banklar tərəfindən kredit qoyuluşları 20,659.3 mln. manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, may ayının 1-nə olan göstərici ilə müqayisədə 1.4% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 14,2% və ya 2 mlrd. 561 mln. manat artıb. Belə ki, 2022-ci ilin iyun ayının 1-nə kredit qoyuluşlarının həcmi 18,098.3 mln. manat təşkil edib.
Fuad Mədətov
Fins.az