Ləğv prosesində olan "Günay Bank"ın kompensasiyasının 50%-i demək olar ki, əmanətçilərə ödənilib.
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev deyib.
O bildirib ki, indiyə qədər 16 milyon 462 min manat sığortalı depozitlər əmanətçilərə qaytarılıb.