BANK

21 İyun

Britaniya Dünya Bankına üç milyard dollar zəmanət verəcək

Britaniya hökumətinin bəyanatında deyilir ki, Böyük Britaniya Ukraynaya kredit vermək üçün Dünya Bankına 3 milyard dollar zəmanət verəcək.

"Böyük Britaniya Dünya Bankının kreditləri üçün əlavə 3 milyard dollar zəmanət də daxil olmaqla, Ukrayna üçün vacib maliyyə dəstəyi paketini elan edir", - deyilir bəyanatda.

Qeyd olunur ki, Ukrayna üçün kredit zəmanətləri Dünya Bankına üç il müddətinə veriləcək.

Çərşənbə günü Londonda Ukraynanın yenidən qurulması ilə bağlı konfransda Böyük Britaniyanın baş naziri Rişi Sunak da ölkənin Xarici İşlər Nazirliyinin idarəçiliyində olan Britaniyanın Beynəlxalq İnvestisiyaları Maliyyə İnstitutundan Kiyevə 250 milyon funt-sterlinq ayrılacağını açıqlayıb. Bu məbləğ Britaniyanın artıq elan etdiyi 240 milyon funt-sterlinqə əlavə olaraq minaların təmizlənməsi və fəlakətlərin aradan qaldırılmasına, eləcə də islahatlar və enerji layihələrinə xərclənəcək.

Ukraynanın maliyyə naziri Serqey Marçenko daha əvvəl demişdi ki, Ukrayna büdcəsinin kəsiri hər ay təxminən 5 milyard dollar təşkil edir. Büdcənin üçdə ikisi xarici kreditlər və qrantlardan alınan vəsaitlər təşkil edir, büdcə xərclərinin dörddə üçü isə hərbi ehtiyacların payına düşür. Bundan əvvəl Vladimir Zelenski Ukraynanın bərpası üçün “təxminən” 600-800 milyard dollar tələb olunacağını, dəqiq məbləğin münaqişə bitdikdən sonra məlum olacağını bildirmişdi. Mart ayında Dünya Bankı, Avropa Komissiyası, BMT və Ukrayna hökuməti ölkənin bərpa və yenidənqurma ehtiyaclarını 411 milyard dollar həcmində qiymətləndiriblər. Yenilənmiş təxmin sentyabr ayı üzrə 349 milyard proqnozunu əhəmiyyətli dərəcədə üstələyib və hazırda Ukraynanın 2022-ci il ÜDM-nin 2.6 qatına bərabərdir.