BANK

21 İyun

Mərkəzi Bank faiz qərarı ilə bağlı pauza götürə bilər

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi qərarları ilə bağlı sentyabr ayına qədər pauza götürə bilər.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək. Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcək. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək.

Qeyd edək ki, AMB-nin pul siyasəti ilə bağlı növbəti qərarını iyul ayının 26-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.