BANK

21 İyun

AMB qeyri-bank hüquqi şəxslərin mülkiyyətində olan notların həcmini açıqlayıb

Mərkəzi Bankın notları üzrə investor bazasının genişləndirilməsi barədə müvafiq qərarın qəbulundan sonra banklarla yanaşı buraxılış şərtlərində müəyyən olunmuş meyarlara cavab verən qeyri-bank hüquqi şəxslər də hərraclarda iştirak etməyə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib ki, hazırda Mərkəzi Bankın dövriyyədə olan notlarının 7%-dən çox hissəsi qeyri-bank hüquqi şəxslərin mülkiyyətindədir.

Not hərraclarında rəqabət mühitini optimallaşdırmaq, investor inamını artırmaq məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi şərtlərinə əlavə dəyişikliklər edilib.

Fuad Mədətov
Fins.az