Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə edilib.
Fins.az-ın məlumatına görə, bunu AMB-nin sədri Taleh Kazımov "Twitter" hesabında qeyd edib.
"Dünən ölkəmizdə səfərdə olan ADB-nin İcraçı direktoru Rachel Thompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük, əməkdaşlığımızın cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə etdik", - deyə AMB sədri əlavə edib.
Fuad Mədətov
Fins.az