BANK

20 İyun

Azərbaycan və Tacikistan mərkəzi bankları əməkdaşlığın gələcək inkişafını müzakirə edib - FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) və Tacikistan Mərkəzi Bankı əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə edib.

Fins.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün tviter hesabında yazıb.

"Bu gün ölkəmizdə səfərdə olan Tacikistan Milli Bankının sədri Hokim Xoliqzoda ilə görüşdük. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi apardıq", - T. Kazımov qeyd edib.

Fuad Mədətov
Fins.az