BANK

20 İyun

Azərbaycan banklarının dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin orta aylıq ödəniş məbləği 6% artıb

Bu il mayın 1-nə Azərbaycan banklarının dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin orta aylıq ödənişinin məbləği 419 manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən il mayın 1-i ilə müqayisədə 5,9% çoxdur.