BANK

20 İyun

Mərkəzi Bank sabah növbəti dəfə uçot dərəcəsini artıra bilər

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank 2023-cü ilin ilk üç iclasında uçot faiz dərəcəsini artırıb və ilin əvvəlindəki 8.25%-dən 9.00%-ə çatdırıb.

Xatırladaq ki, mayın 3-də Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9%-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.