BANK

19 İyun

AMB sədri Beynəlxalq Valyuta Fondunun missiya rəhbəri ilə görüşüb

Bu gün Azərbaycan Mərkəzi Bankında Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Taleh Kazımov "twitter" hesabında bildirib.

T.Kazımov qeyd edib ki, görüş zamanı Azərbaycan Mərkəzi Bankı və BVF arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

“Görüşdə həmçinin, BVF-nin Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər və Azərbaycanın gələcək inkişafı üçün BVF-nin dəstək proqramları ətafında müzakirələr apardıq”- deyə, baş bankir bildirib.

Fuad Mədətov
Fins.az