BANK

19 İyun

AMB: Azərbaycanda ipoteka kreditlərinə tələb artacaq

2023-cü ilin I rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən bankların kreditləşmə siyasətində yumşalma davam edib.

Azərbaycan Mərkəzi bankından Fins.az-a verilən məlumata görə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meylləri nəzərə çarpıb.

Son rübdə banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaldıb, o cümlədən, xarici valyutda verilən kredit şərtlərində isə daha da sərtləşməyə gediblər.

Banklar 2023-cü ilin II rübündə biznes və istehlak portfelləri üzrə kredit standartlarında yumşalma tendensiyasında səngimənin davam edəcəyi qənaətindədirlər. Cari ilin ilk rübündə biznes və istehlak kreditlərinə tələb artımında da səngimə meylləri nəzərə çarpıb. Bunun əksinə, İKZF hesabına verilən ipoteka portfeli üzrə tələbin artımı müşahidə edilib.

Sorğuya əsasən banklar 2023-cü ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyirlər.

Fuad Mədətov
Fins.az