BANK

19 İyun

AMB-nin uçot dərəcəsi biznes kreditlərinə sərtləşdirici təsir göstərib

Azərbaycan Mərkəzi Bank tərəfindən 2023-cü ilin I rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb.

AMB-dən Fins.az-a verilən məlumata görə, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

Sorğu nəticələrinə əsasən 2023-cü ilin I rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam edib. Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meyilləri nəzərə çarpıb. Banklar 2023-cü ilin II rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını gözlədiklərini bildiriblər. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

2023-cü ilin I rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar.

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri

Fuad Mədətov
Fins.az