BANK

12 İyun

Taleh Kazımov: Bu il Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyib

Mərkəzi Bankın idxalın artmasına inzibati müdaxiləsi olmayıb.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov bildirib ki, ölkəyə idxal artıb, lakin ölkənin neft sahəsində çalışan hüquqi şəxslərinin valyuta gəlirləri kəskin artıb: “Bunlar hamısı kifayət qədər böyük valyuta qalıqları yaratmışdı. İlk dəfə olaraq Mərkəzi Bank yanvar ayından mütəşəkkil valyuta bazarı yaradıb. Bu il Mərkəzi Bank valyuta bazarına ümumiyyətlə, müdaxilə etməyib, çünki dövriyyələr olduqca böyükdür. Keçmişdə qeyri-institusional valyuta bazarı var idi, indi isə belə deyil. Bu gün bizim bankların kredit portfelinin vəziyyəti qənaətbəxşdir”.