Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Fins.az-ın məlumatına görə, iyunun 6-da birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 21,67 səviyyəsinə qədər yüksəlib. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 23,38 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,9% dəyər itirib. Son bir ayda isə lirə 10% ucuzlaşıb.