Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov çıxışı zamanı bankların bağlanmasına münasibətini bildirib.
Fins.az xəbər verir ki, T.Kazımov açıqlamasında qeyd edib ki, bankların bağlanmasına həssas yanaşır.
“Həcmindən aslı olmayaraq, banklar var ki, problemlidir, bütün maliyyə sektoruna xələl gətirir. Həm keçmiş bankir kimi, həm də Mərkəzi Bankın sədri kimi bankların, sığorta şirkətlərinin bağlanmasını istəməzdim. Böyük problemləri olan təşkilatlarda işlər görülməlidir, görülmürsə bağlanmaldır”, - deyə Taleh Kazımov əlavə edib.